Ilqar Selim's profile

Mr TUM Packaging design



Mister Tum Azərbaycan brendi olub, günəbaxan tumları və digər çərəz məhsullarının istehsalı və  satışı ilə məşğuldur. Yeniliyə və müasirliyə hər zaman açıq olan brend məhsul  qablaşdırmalarının fərqliliyi ilə seçilir. Yeni qablaşdırma da bunun davamı kimi göstərilə bilər. Burada auditoriya, həmçinin məhsulların növləri nəzərə alınaraq 4 fərqli personaj yaradılmışdır. İri dənəli növ üçün cüssəli, zarafatcıl obraz seçildi. Klassik növə isə klassik aksesuarlar sevən obraz yaradıldı. “Ağ tum” daha dinamik, ruhən gəncliyini qoruyub saxlamış insanları əks etdirir. Adından yola çıxaraq “Dəniz duzlu” ya dənizçi obrazı seçildi. Qablaşdırmada bığ nahiyəsinə düşən hissə şəffaf edilmişdir ki, müştəri məhsulla tanış ola bilsin. İkinci məqsədimiz dizayndakı fərqləndirici elementin ümumi dəsti-xətlə uyum təşkil etməsidir.

#sunflower #seeds #packagingdesign


Idea: Tural Ahmadli
Thank You for watching!
Mr TUM Packaging design
Published:

Owner

Mr TUM Packaging design

Published: